Qara Dəniz qazı yalnız Türkiyə üçündür - Ərdoğan

14:10 09.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qara dənizdə hasil etdiyi qaz yalnız ölkə daxilində tədarük ediləcək. Hafta.az-ın məlumatına görə, “Türkiyə” qəzeti yazır ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Balkan turundan Türkiyəyə qayıdarkən jurnalistlərə bildirib.

“Ümid edirəm ki, 2023-cü ilə qədər öz təbii qazımızı istehsal edək. Onu vətəndaşlarımıza daha ucuz qiymətə verəcəyik. Məqsədimiz budur”, - Türkiyə lideri Qara dənizdə aşkar edilən təbii qazla bağlı sualı cavablandırıb.

O əlavə edib ki, hazırkı qaz ehtiyatı ixracyönümlü olmadığı üçün xammalın başqa ölkələrə ixracı mümkün deyil.