Qarabağ Azərbaycandırsa, Stepanakert yox, Xankəndi olmalıdır - Erməni politoloq

16:54 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı erməni separatçıların «artan etirazları», beynəlxalq ictimaiyyətin bu məsələdə rəsmi Bakının tələblərini ardıcıl olaraq yerinə yetirməsi separatçılarla İrəvandakı siyasi dairələri üz-üzə qoyub. Paşinyanın «Qarabağ Azərbaycandır» tezisi Xankəndindəki separatçıları tamamilə çıxılmaz vəziyyətə salıb. Onlar Ermənistan baş nazirini hədəfə alıblar. Hafta.az bildirir ki, bu fonda politoloq Beniamin Matevosyanın separatçılara ünvanladığı suallar maraq doğurur.

“Əgər Paşinyan Ermənistanın özündə Azərbaycan toponimlərindən (Eyvazlı və Çanzami) istifadə edərək ərazilər təyin etməyə hazırdırsa, o zaman nə vaxta qədər Stepanakerti “Xankəndi” adlandıracaq?

Artsax hakimiyyəti başa düşürmü ki, Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı üçün Laçın dəhlizi Azərbaycanın ərazisidir və Bakının dəhlizdə nəzarət-buraxılış məntəqəsi yaratmaq hüququ var?

Artsax hakimiyyəti başa düşürmü ki, “Qarabağ Azərbaycandır”sa və Bakı ermənilərin silahlı qüvvələrinin olmasına imkan vermirsə, o zaman DQR «Müdafiə Ordusu ləğv edilməlidir?

Artsax hakimiyyəti başa düşürmü ki, “Qarabağ Azərbaycandırsa, Stepanakert “Xankəndi” adlandırılmalıdır?

Artsax hakimiyyəti başa düşürmü ki, “Qarabağ Azərbaycandırsa”, deməli, “Artsax hakimiyyət orqanları” anlayışı da məhv edilib və bütün dövlət məmurları “elitar məhbuslara” çevriliblər?

Arayik Arutyunyan yuxarıda səslənən suallarla bağlı Nikol Paşinyana" məktub yazmaq fikrində deyil?».

Göründüyü kimi, mövcud reallıqların nədən ibarət olduğunu artıq erməni siyasi dairələrində hər kəs anlayır. Prosesin məntiqi sonluğunun məhz yuxarıdakı sualların cavablarında olduğu istiqamətdə yekunlaşacağını isə tək İrəvandakılar yox, elə separatçıların özləri də anlayırlar...

Siyasət rubrikasından digər xəbərlər