“Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsindən başlayacaq

10:57 02.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” 10-cu dəfə mübarizə aparacağı Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq.

Hafta.az xəbər verir ki, buna turnirin klub bölgüsündəki yenidən balanslaşma səbəb olub.

Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib. Madrid klubunun turnirə vəsiqəni La Liqadan da qazanması təsnifat mərhələlərinin ən yüksək reytinqli iştirakçılarının yarışa qoşulacağı raundları dəyişib. “Qarabağ”la “Ferensvaroş” II təsnifat mərhələsinə, Zaqreb “Dinamo”su pley-offa, “Şaxtyor” Liqa mərhələsinə yüksəlib.

“Qarabağ” komandasının qatılacağı II təsnifat mərhələsinin oyunları iyulun 23-24-də və 30-31-də keçiriləcək. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq.