“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

22:46 28.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşıb. 

Qarşılaşmada "Dinamo" 2:0 hesabı ilə qalib gəlib. Nəticədə "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək. 

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları 

28 avqust

"Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2 
Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)

Qırmızı vərəqə: Kevin Medina, 88 ("Qarabağ", ikinci sarı vərəqə)

Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)

İlk oyun - 0:3