“Qarabağ” və "Sabah" rəqiblərini məğlub etdi

21:06 19.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.

Əvvəlcə “Sabah” doğma meydanda “Səbail”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Lider “Qarabağ” isə “Zirə”nin qonağı olub. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
19 mart (şənbə)

“Zirə” – “Qarabağ” - 0:3

Qollar: Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

“Sabah” – “Səbail” - 1:0 

Qol: Kristian Sebalyos, 61
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bank Respublika Arena"

18 mart (cümə)

“Neftçi” – “Qəbələ” - 4:0

“Keşlə” – “Sumqayıt” - 1:1