Qarabağa avtobusla səfər edənlərin sayı məlum olub

11:28 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 44 müntəzəm avtobus reysi həyata keçirilib, 1967 sərnişin səfər edib.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə avtobus reysi həyata keçirilir. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları isə həftədə 2 dəfə avtobus reysi həyata keçirilir.