Qarabağa icazəsiz keçmək istəyən 4 nəfər TUTULDU 

13:05 11.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam və Tərtər Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan keçmək istəyən dörd nəfər saxlanılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.