Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda ilk dəfə olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işlərinin yerinə yetirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən hafta.az-averilən məlumata görə, beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun saylılır.
Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.





