Qarabağda daha 237 mina aşkarlanıb

15:26 04.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.10.2024 - 03.11.2024) açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 164 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 7421 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 270,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.