Qarabağda daha 51 mina təmizlənib

14:38 22.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.04.2024 - 21.04.2024) açıqlanıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 452 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1429,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxunma sayı 123