Qarabağda sülhməramlıların 24 məntəqəsi bağlanıb

23:53 24.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 19-dan bu yana Qarabağ bölgəsində Rusiya sülhməramlılarının 24 müşahidə məntəqəsini bağlanıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 
 

 

Nazirlik qeyd edib ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün 6 yeni məntəqə yaradılıb, onlardan ikisi Azərbaycan tərəfi ilə birgə quraşdırılıb.

 

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Oxunma sayı 166
Siyasət rubrikasından digər xəbərlər