Yazını böyüt
Yazını kiçilt
Qarabağdakı ekoloji problemlərlə bağlı iki il əvvəl məruzə hazırlamışdıq. Bu məsələni gündəmdə saxlamaq lazımdır.
Hafta.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ötən il məruzə yenilənmiş formatda bir daha hazırlanıb. Laçın yolundakı aksiya ilə bağlı bizi ittiham edirlər. "Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı məsələsini ölkəmiz mütəmadi olaraq qaldırırdı. Yəni, Qarabağdakı ekoloji cinayətlər yeni məsələ deyil", - deyə Fərid Şəfiyev vurğulayıb.