Qarabağdakı ermənilər Əsgəran-Ağdam yolunu beton maneələrlə bağladılar – FOTO

18:25 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xankəndidəki separatçı rejimin rəhbərliyinin təxribatları yeni vüsət alır. Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasından sonra bütün təxribatçı imkanlardan məhrum olan erməni separatçıları şou xarakterli «aksiyalara» başlayıblar.

Ərzaq və digər təminat üçün Əsgəran-Ağdam yolundan istifadənin mümkünlüyü ilə bağlı Bakının təkliflərinə qarşı yerli əhalini düşünmədən çıxış edən separatçı rejim rəhbərliyinin növbəti təlxək oyunu indi də bu yol trafındadır.

Sosial şəbəkələrdə bir qrup revanşist erməninin Əsgəran-Ağdam yolunu beton maneələrlə bağladığına dair fotolar yayılıb.

Siyasət rubrikasından digər xəbərlər