Qarabağdakı terrorçu qüvvələrin keçmiş komandanı Samvel Babayan niyə fəallaşıb?..

12:49 25.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son günlər Qarabağdakı qondarma “Artsax müdafiə ordusu” adlanan terrorçu qüvvələrin keçmiş komandanı, Samvel Babayan fəallaşıb.

Hafta.az xəbər verir ki,  bu haqda Ermənistanın “Johovurd” qəzeti öz mənbələrinə istinadla yazır.

“Samvel Babayan Qarabağın müxtəlif siyasi qüvvələri ilə daimi görüşlər keçirir, müxtəlif məsələlər üzrə danışıqlar aparır, hətta məktəblərə baş çəkir və əksər hallarda ondan imtina etmələrinə baxmayaraq müəllimlərlə görüşür. Bir çox siyasi qüvvələr onunla görüşmək istəmir, çünki Qarabağda onu Nikol Paşinyanın adamı hesab edirlər. Üstəlik, bizə məlumat verdilər ki, bu yaxınlarda məktəblərin birində insident baş verib: Babayan müəllimlərlə görüşə gəlib, amma onlar kəskin şəkidlə imtina edərək onunla görüşmək istəməyiblər”- erməni nəşrinin yaydığı məlumatda deyilir.

Ermənistan qəzeti hesab edir ki, Babayan "seçkilər"ə hazırlaşır və müxtəlif görüşlər keçirmək yoluyla özünə elektorat toplamağa çalışır. Hətta o, ayrı-ayrı yaşayış məntəqələrində onun qərargahı kimi fəaliyyət göstərən ofisləri üç aylıq icarəyə götürüb...

"Babayanın seçkilərə niyə ümid bəslədiyi bəlli deyil, amma fakt odur ki, o, Qarabağda arzuolunmaz şəxsdir, xüsusən də müharibədən sonra”, – erməni qəzeti belə yazır.