Qarabağı azad edən gənclər ulu öndər məktəbinin yetirmələri idi - Vüqar Bayramov

11:45 07.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Umummilli liderin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə, iqtisadi tənəzzülün aradan qaldırılmasına geniş töhfələr verdi”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, ulu öndər hakimiyyətə gələndən sonra iqtisadiyyatın tənəzzülünün qarşısını aldı.

Deputat bu inkişafı ulu öndərin həyata keçiridiyi iqtisadi islahatların nəticəsi adlandırıb.

“Qarabağı, Füzulini, Şuşanı işğaldan azad edən gənclər ulu öndər məktəbinin yetirmələri,Prezident İlham Əliyevin idarəçiliyi ilə hərəkət edib qalib gəldi”.