Qarabağın ermənilər yaşayan hissəsinə xarici turistlər gəlməkdə davam edir?..

20:00 11.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müxtəlif xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindəki Laçın dəhlizindəki dövlət sərhədindən keçərək Qarabağın ermənilər yaşayan ərazilərini turist qismində ziyarətlərini davam etdirirlər.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı-terrorçu rejimin rus dilində “Novosti”(“Xəbərlər”) internet kanalı məlumat yayıb.

“Bütün problemlərə baxmayaraq 2021-ci ilin yanvar-avqust aylarında Qarabağa gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, 10% artmışdır. Artım əsasən ötən il Ermənistan Respublikasının sərhədlərinin koronavirus epidemiyası səbəbindən bağlanması ilə əlaqədardır.

2021-ci ilin yanvar-avqust aylarında Qarabağı 2560, avqustda isə 568 xarici turist ziyarət edib. Turistlər əsasən Rusiya, ABŞ, İran, Fransa və Ukraynadan gəliblər”- erməni kanalının yaydığı xəbərdə belə deyilir.

Videoya bu linkdən baxa bilərsiz:

https://vk.com/video_ext.php?oid=-17452458&id=456248215&hash=da5d954b6510adee&fbclid=IwAR299kvxkmS1TTR7-ZFnD4DDCmxHJaDyPyjWQp8KltPnjcG6rtfgruEE-fI