“Qarabağ”ın sabahkı oyununa 25 min bilet satılıb 

14:38 18.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir.
 

Hafta.az xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə artıq 25 mindən çox bilet satılıb.


Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

"Sürix"in futbolçuları artıq Bakıya gəlib. Rəqib bu gün axşam saatlarında məşqə çıxacaq.