“Qarabağın səsi” layihəsi təqdim edilib

12:46 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhunda hazırlanan layihələr sırasına daha biri də əlavə olunub.

Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn “Qarabağın səsi” layihəsinin ideya müəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Layihənin koordinatoru Mehrab Dadaşovdur. Ekran işini digərlərindən fərqləndirən cəhət onun “Çahargah” muğamının “Mayeyi-Çahargah”, “Bəstə-Nigar”, “Müxalif”, “Mənsuriyyə”, “Üzzal” şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. Mahnının sözləri Cəlal Qurbanova, aranjemanı isə Əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Klipdə Xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar.

Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

Oxunma sayı 3470
Mədəniyyət rubrikasından digər xəbərlər