Qardaş Qazaxıstanda yeni neft yatağı kəşf edildi

13:25 31.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın qərbində yerləşən Özen neft sahəsində 39,9 milyon ton ehtiyyatı olan yeni neft yatağı tapılıb.

Hafta.az-ın yazdığına görə, Milli Neft və Təbii Qaz şirkəti "KAZMUNAYGAZ"'dan verilən açıqlamaya görə, Özen neft sahəsində 2017-ci ildən bəri əlavə qazma işləri aparılırdı. Elə bi işlər çərçivəsində neft sahəsində 368 kvadratmetrlik bir ərazinin üç ölçülü detallandırılmış planı çıxarılıb və buna görə 39,9 milyon neft ehtiyyatına malik yeni yataq aşkarlanıb. 

Beləliklə, Qazaxıstanın neft və təbii qaz sahələrindən olan Özendə sözügedən kəşflə ümumi neft ehtiyyatları 8 faiz artıb. Bu, "Yeni Qazaxıstan"ın ilk tapıntısı olaraq da adlandırıla bilər.

Hazırda yataqda yeni hesablamalar və istehsala başlamaq üçün əlavə işlər görülür.