Yazını böyüt
Yazını kiçilt
İran İslam Respublikasının dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusunun(“SEPAH”) generalı Vəciholla Moradinin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.
Hafta.az bu haqda “Associated Press”-ə istinadla məlumat yayıb.
KİV-in məlumatına görə, o, Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin yaxın dostu olub.
Xatırladılır ki, Süleymani 2020-ci ilin yanvarında ABŞ hərbi hava qüvvələrinin Bağdad beynəlxalq hava limanına hücumu zamanı ölüb.