Qatarda nasazlıq - 7 dəqiqəlik gecikmə oldu

17:23 22.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb.

Bu barədə hafta.az-a Bakı Metropolitenindən məlumat verilib.

Qeyd edilib ki, qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. 

Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.