Qaxda 4 otaqlı ev yanıb

22:51 12.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunun Almalı kəndində ümumi sahəsi 117 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və 1 otağının alçipandan ibarət tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.