Qazax rayonunun işğaldan azad edilmiş kəndlərinə mediatur təşkil olunub

18:53 28.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə Qazax rayonunun işğaldan azad edilmiş kəndlərinə mediatur təşkil olunub.

Hafta.az xəbər verir ki, mediatur zamanı media nümayəndələrinə təhlükəsizlik qaydaları izah olunub, ərazilərdən tapılan minalar nümayiş etdirilib.

Media nümayəndələri azad olunmuş kəndlərdə erməni vandallığının bariz nümunələri olan dağıdılmış binalara baş çəkib, eləcə də xidmətə başlayan sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublar.

Oxunma sayı 108