Qazaxda açıq ərazidə yanğın olub - VİDEO

20:47 30.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğın olub.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos yanıb.

Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.