Qazaxda minaya düşənlərin SON DURUMU

16:39 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 2-də mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki 2 nəfərə - 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili tibbi yardım bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər.