Qazaxda yolu keçən piyadanı avtomobil vurub öldürdü

20:47 28.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Araşdırma aparılır.