Qazaxıstan 2030-cu ilədək neft hasilatını 100 milyon tona çatdıracaq

11:15 25.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan 2030-cu ilə qədər neft hasilatını 100 milyon tona çatdırmağı planlaşdırır.

Hafta.az-ın yazdığına görə, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkəliyev Almatıda KIOGE konfransında bildirib.

Nazir qeyd edib ki, 2023-cü ildə Qazaxıstanda neft hasilatı 90 milyon ton (655 milyon barel), neft ixracı isə 70,5 milyon ton (517 milyon barel) təşkil edib.

“Hazırkı məqsəd 2030-cu ilə qədər neft hasilatını ildə 100 milyon tona (təxminən 730 milyon barelə) çatdırmaqdır”, - deyə o bildirib.

Təbii qaz hasilatına gəlincə, 2023-cü ildə bu rəqəm 59,1 milyard kubmetrə çatıb, 2030-cu ilə qədər isə 90,7 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Daha əvvəl departament rəhbəri bildirmişdi ki, Almaniya Qazaxıstandan neft tədarükünü 2,5 milyon tona çatdırmaq üçün sorğu göndərib.