Qazaxıstan universitetlərində təhsil müddəti azaldılacaq

23:51 19.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Təhsil Nazirliyi Nur-Sultan və Almatı universitetlərində innovasiya tətbiq etməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, ölkənin təhsil və elm naziri Asxat Aymaqambetov bildirib ki, artıq 2022-ci ildə pilot layihənin həyata keçirilməsinə başlanılması planlaşdırılır və bakalavriatda təhsil müddəti 4 ildən 2,5 ilə endirilir.

Təhsil və Elm Nazirliyi hesab edir ki, yenilik sayəsində əmək bazarı praktiki bilikləri daha tez əldə etməklə mütəxəssis qazanacaq.

Tətbiqi bakalavrlar 2-2,5 ildən sonra təhsillərini sərbəst şəkildə davam etdirə biləcəklər. Təhsil Nazirliyi pilot layihənin 2022-2023-cü tədris ilinin əvvəlindən həyata keçirməyi nəzərdə tutur.

Layihənin əvvəlcə Nur-Sultan və Almatı şəhərlərinin universitetlərində tətbiqi gözlənilir.