Qazaxıstanda koronavirusa daha 148 nəfər yoluxub

11:28 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 148 nəfər yoluxub.

Hafta.az-ın "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 832 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 883 nəfəri sağalıb, 1 825 nəfəri isə vəfat edib.

Oxunma sayı 513