Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın Mərkəzi Kommunikasiyalar Xidmətində keçirilən brifinqdə "exit poll"arın parlament seçkiləri ilə bağlı səsvermə nəticələri açıqlanıb.
Hafta.az xəbər verir ki, "İctimai rəy" tətqiqat institutunun direktoru Aynur Majitova iqtidarda olan "Nur Otan " partiyasının 71,97 faiz səs topladığını bildirib.
Xatırladaq ki, parlament seçkilərində qeydiyyatdan keçmiş 5 siyasi partiya iştirak edir - Xalq Demokratik Vətənpərvərlər Partiyası "Auıl", "Nur Otan" partiyası, "ADAL" siyasi partiyası, Qazaxıstan Demokratik Partiyası "Ak Jol", "Qazaxıstan Xalq Partiyası". Ümumilikdə 5 partiyadan 312 namizəd mübarizə aparır.