Yazını böyüt
Yazını kiçilt
Biz bu gün səfirlər olaraq Azərbaycanın ən gözəl rayonlarından sayılan Laçına gəlmişik. Burada artıq tikinti-quruculuq və abadlıq işləri görülür. Biz Laçına - doğma yurdlarına qayıtmış sakinlərlə görüşdük. Rayonun həm təbiəti çox gözəldir, həm də iqtisadi potensialı böyükdür.
Bu sözləri iyunun 24-də Laçına səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərindən biri – Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel jurnalistlərə müsahibəsində deyib.
“Ümid edirik ki, bölgəyə tezliklə sülh və inkişaf gələcək. Çünki bu, hər birimiz üçün çox önəmlidir”, - deyə səfir vurğulayıb.