Qazaxıstanlı kinorejissorların çəkdiyi ƏN YAXŞI ÜÇ FİLM

10:54 04.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günə qədər kinosevərlər əsasən Hollivud filmlərinə daha çox diqqət yetirirdilər, çünki uzun illər layiqli layihələrdə yalnız xarici filmlərin işlədiyinə inanılırdı. Amma indi bu nəzəriyyə reallıqdan uzaqdır.

Hafta.az-ın yazdığına görə, buna sübut kimi Qazaxıstan filmlərini göstərmək olar. Bir neçə ildir ki, qardaş xalqın rejissorları öz gözəl filmləri ilə yüksək məharətlərini nümayiş etdirirlər.

"Proqram" (2023)

Əhəmiyyətli sosial mövzuya malik mistik dramda kəndin bütün təsərrüfatlarının sahibi, camaat arasında hörmət sahibi olan Nursultan Köpcasaruli yeganə oğlu Bolatın pis tərbiyəsi üzündən bir neçə problemlə üzləşir. Oğlu ucqar kəndlərin birində nağara ifa edən Diana adlı qızın diqqətini cəlb etməyə çalışır. Bunu edə bilməyib hirslə qızın namusuna toxunur. Təəssüf ki, Diananın etirazlarına baxmayaraq, valideynləri onu o qəddar adamla evləndirirlər. Evliliyin ilk günlərindən gənc gəlinin həyatında dəhşətli hadisələr baş verməyə başlayır.

“Proqram” ictimai rəy, köhnəlmiş adətlər və zorakılıq haqqında dəhşətli dramdır.

"Qoca" (2012)

Film Ernest Heminqueyin "Qoca və dəniz" hekayəsi əsasında çəkilib. Baş qəhrəman kiçik ailəsi və nəvələri ilə indiki Qazaxıstanın ucqar hissəsində yaşayır. Bir gün qoca ailə başçısı qoyunları yaylağa aparır və yolu azır. Evə yol axtarır, bir canavar dəstəsi ilə qarşılaşır. Bu zaman onun yaxınları artıq köməyə tələsir.

Qazax rejissoru Ermek Tursunovun bu filmi müxtəlif nəsillər arasında ünsiyyətin vacibliyindən bəhs edir.

"Tomiris" (2019)

Rejissor Akan Satayev tərəfindən 2019-cu ildə lentə alınan film Massagetlər kraliçası Tomiris və Əhəmənilər imperiyasının sultanı Böyük Kirin hekayəsindən bəhs edir. Cəsur Tomiris gənc yaşlarından ana sevgisini bilmir və atasını erkən itirir. Düşmənlərindən qisas almaq və işğalçılara qalib gəlmək üçün özündə böyük güc tapmalı olacaq.

Film qədim yunan tarixçisi Herodotun əsəri əsasında çəkilib.