Qəbələdə kütləvi zəhərlənmə

10:35 16.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib.

Hafta.az-ın məlumatına görə, toyda iştirak edən 50-ə yaxın şəxsin qidadan zəhərləndiyi bildirilir.

Zəhərləmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən arasında azyaşlıların olduğu bildirilir.

Hadisə bağlı araşdırma aparılır.

***

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

Hafta.az-ın xəbərinə görə, zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşkarı tərəfindən araşdırma aparılır.