Qəbələdə meşə ərazisində yanğın hadisəsi baş verib

20:54 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ rayonu Yenikənd meşəbəyliyinin ərazisində yanğın hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.