Qəbələdə qanunsuz torpaq zəbtinin qarşısı alınıb

17:39 12.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən Qəbələ ərazisində özbaşına tikililərin və torpaq zəbtlərinin qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır.

Rayon icra hakimiyyətindən bildirilib ki, növbəti monitorinq zamanı Qəbələ şəhərinin ərazisində ayrı-ayrı vətəndaşlar tərəfindən iaşə xidməti məqsədi ilə zəbt edilmiş dövlət meşə fonduna məxsus 0,5 hektar torpaq sahəsində söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Aidiyyəti qurumlar bir daha vətəndaşların diqqətinə çatdırır ki, şəxsi mülkiyyətində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir.