Qəbul imtahanlarının cədvəli ilin sonuna kimi açıqlanacaq

15:21 18.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.

Hafta.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır.

“Hazırda bunun üzərində iş gedir. İlin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik”, – deyə M.Abbaszadə əlavə edib.