Qərb Ukraynanı danışıqlara məcbur edəcək - BİLD

16:24 27.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərb ölkələri cəbhədə uğursuzluğa düçar olarsa, payızda Kiyevi Moskva ilə sülh danışıqlarına məcbur etmək niyyətindədir. Bu barədə “Bild” mənbələrə istinadən yazır.

“Yeni silahların köməyi ilə onlar Ukraynaya payıza qədər daha çox işğal olunmuş əraziləri geri qaytarmaq şansı vermək istəyirlər. Əks-hücumlar uğursuz olarsa, Kiyevə Kremllə danışıqlar aparmaq üçün təzyiqlər güclənəcək.

Nəşrin məlumatına görə, avropalı siyasətçilər artıq Ukrayna lideri Vladimir Zelenski üçün ultimatumu müzakirə edirlər.