Qəza hava limanı istiqamətində sıxlıq YARATDI

20:36 22.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hafta.az-a verilən məlumata görə, qəza səbəbindən hava limanı istiqamətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.