QİÇS xəstəliyinin daha çox yayıldığı bölgələr açıqlanıb

12:14 01.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

QİÇS xəstələrinə daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında rast gəlinir.

Hafta.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.

O qeyd edib ki, yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir:

"Bölgələrdə xəstəliyin aşkar edilməsi üçün labaratoriyalarımız mövcuddur. Xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır".