Avrasiya İnkişaf Bankı həftəlik makroiqtisadi hesabatını açıqlayıb. Hesabata görə, Qırğızıstanın ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin ilk dörd ayında 11,7 faiz artıb.
Hafta.az-ın yazdığına görə, analitiklərin hesabatda qeyd etdiyi kimi, Qırğızıstanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi sənaye sektoru olub ki, bu da ÜDM dinamikasını 2,6 faiz artırıb. Tikinti sektoru iqtisadi artıma 2,5 faiz, daxili ticarət isə 2 faiz töhfə verib.
Ekspertlərin təhlilinə görə, təqdim olunan məlumatlar Qırğızıstanda sabit makroiqtisadi vəziyyətin olduğunu göstərir. Əsas sektorlarda stabil artım da ölkə üçün vacibdir.
Bundan əlavə, Qırğızıstanda əsas sektorlarla yanaşı, kənd təsərrüfatı və heyvandarlıq göstəriciləri də yaxşılaşıb, sosial əhəmiyyətli malların qiymətləri də sabitdir. Bu, inflyasiya proseslərini ləngidir və milli valyutanın sabitliyini qoruyur.