Yazını böyüt
Yazını kiçilt
Qırğızıstanda koronavirusa yoluxanların sayı 48 nəfər artaraq 554-ə çatıb. Xəstələrin 134-ü tibb işçiləridir.
Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. Bildirilib ki, indiyədək 133 xəstə sağalaraq evə buraxılıb.
Koronavirusa yoluxan 5 nəfər həyatını itirib, 16 nəfərin vəziyyəti ağırdır, onların 9-u reanimasiya şöbəsinə yerləşdirilib.