Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

21:24 19.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

Hafta.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Ukrayna seçməsini qəbul edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi mayın 17-dəki ilk görüşündə eyni məkanda Rumıniya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Oxunma sayı 118