Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib. Bu barədə "Hafta.az"a AZSTAND-dan bildirilib.
Məlumata görə, bu dövlət standartlarının qəbul edilməsində məqsəd zərgərlik sahəsində vahid anlayışların formalaşdırılması və məhsul keyfiyyətinin dəqiq qiymətləndirilməsidir.
Qeyd edək ki, AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər” dövlət standartı qiymətli daşların elmi, texniki və kommersiya sahələrində düzgün təsnifatını və kommunikasiya prosesini asanlaşdırmaq üçün vahid anlayış bazasının yaradılmasını nəzərdə tutur.
AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” dövlət standartı isə zərgərlik məmulatlarında yüksək saflıqlı gümüşün tərkibinin dəqiq və etibarlı şəkildə təyin olunması üçün istifadə edilən fərqlər üsulunu təsvir edir.
Sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bəs, görəsən, bu sahədə yeni dövlət standartlarının qəbulu bazara hansı təsirləri göstərə bilər? Yeni standartlar hansı tələblər yaradır?

Mövzu ilə bağlı “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib ki, son illər Azərbaycanda zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq təcrübəyə uyğun normativ bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılır: “Bu məqsədlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Zərgərlər Assosiasiyası və“AzerGold” QSC-nin iştirakı ilə, AzərbaycanStandartlaşdırma İnstitutunun təşkilatçılığı və metodolojidəstəyi əsasında “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitə (AZSTAND/TK36) təsis edilmişdir. Komitənin əsas vəzifəsi qiymətli metallar və daşlar üzrədövlət standartlarının hazırlanması və qəbulunu təmin etmək, həmçinin sahədə görülən işləri beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır. Yeni qəbul edilmiş dövlət standartlarının başlıca məqsədi normativ-hüquqi bazada vahid yanaşmanı təminetmək, istehsal, ticarət və ekspertiza proseslərindəşəffaflığı artırmaq, eyni zamanda həm istehsalçıların, həmdə istehlakçıların maraqlarını qorumaqdır. Bu standartlar sayəsində bazarın tənzimlənməsi güclənir, ixrac imkanları genişlənir və yerli məhsulların beynəlxalq rəqabətqabiliyyəti artır”.
Komitə sədri qeyd edib ki, 2025-ci ilin fəaliyyət planına daxil edilmiş layihələr arasında “Qızıl və qızıl ərintiləri. Markalanma”, “Əlvan metallar və ərintilər. Kimyəvi analiz üçün nümunələrin götürülməsi və hazırlanması qaydaları”, həmçinin qəbul olunmuş iki mühüm standart xüsusi əhəmiyyət kəsb edir: “Bunlardan — “Qiymətli daşlar. Terminlər və təriflər”standartı qiymətli daşların çıxarılması, emalı, istehsalı və dövriyyəsi sahəsində istifadə olunan əsas anlayışları sistemləşdirir. Bu sənəddə 47 əsas termin, o cümlədən almaz, brilyant, yaqut, zümrüd, sapfir, aleksandrit, mirvari və kəhrəba kimi daşların, həmçinin onların emal mərhələlərinin tərifləri müəyyən olunmuşdur. Standartın məqsədi sahədə vahid anlayış sistemini yaratmaq, mütəxəssis hazırlığında və hüquqi aktlarda terminolojidəqiqliyi təmin etməkdir. Digər mühüm sənəd isə — “Zərgərlik məmulatlarıvə qiymətli metallar. Yüksək saflıqlı gümüşün təyini(ICP-OES üsulu)” standartıdır. Bu sənəd yüksək saflıqlıgümüş nümunələrinin laborator analizini daha dəqiqaparmağa imkan verir. ICP-OES texnologiyasınaəsaslanan metod, gümüşün kütlə payının dəqiq müəyyənolunmasını təmin edir və nəticələrin beynəlxalqlaboratoriya təcrübəsi ilə müqayisəsini mümkün edir. Buyanaşma həm də məhsulların keyfiyyətinin beynəlxalqakkreditasiya tələblərinə uyğunluğunu artırır. Nəticə olaraq, yeni dövlət standartlarının qəbulu ölkədə zərgərlik və qiymətli daşlar sahəsində mövcud normativ-hüquqi bazanı möhkəmləndirməklə yanaşı, istehsal və ticarət proseslərində şəffaflığı artırır, ixrac potensialını genişləndirir və Azərbaycan zərgərlik sənayesinin beynəlxalq rəqabət qabiliyyətini yüksəltməyə xidmət edir”.