Qoy vətəndaşa 1 yox, 5, hətta 20 kabinet xidmət göstərsin – Musa Quliyev

15:31 07.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda sürətli vaksinasiya ilə bağlı güclü tədbirlər həyata keçirildi. İnsanlarda maarifləndirmə işləri aparıldı və s. Bu zaman da əhali vaksinasiya üçün kütləvi şəkildə poliklinikalara axışdılar. Nəticədə uzun növbələr yarandı.

Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, bunu isə Operativ Qərargah öncədən nəzərə almalı idi. Planlaşdırılma aparılmalı idi ki, qısa müddətdə sürətli vaksinasiyanı həyata keçirmək mümkün olsun:

“Əgər insanlar peyvənd üçün müraciət edirlərsə, onlar xəstəxanada gözləməli deyillər. Qoy vətəndaşa 1 yox 5, hətta 20 kabinet xidmət göstərsin. Bunun üçün kifayət qədər mütəxəssislərimiz də var. Lazımdırsa, özəl sektorla müqavilə bağlansın və özəl klinikalar da bu işə cəlb edilsinlər. Hətta səyyar klinikalar belə yaratmaq olar. Bizim belə təcrübələrimiz də var. Burada kimlərinsə bəhanə gətirməyinə heç bir əsas yoxdur”.