Yazını böyüt
Yazını kiçilt
ABŞ hökuməti Quantanamo həbsxanasındakı ən təhlükəli şəxslərin saxlandığı “Lager 7”ni qapadıb.
Məlumatı “Assoşeyted Press” agentliyi yayıb.
Məlumata görə, giriş üçün qapalı olan blokda yerləşən bütün məhbuslar “Lager 5”ə köçürülüblər.
Qeyd edək ki, “Lager 7” 2006-cı ildə yaradılıb. O, Quantanamonun ən məxfi hissəsi olub.