Qubadlı rayonunda sursat aşkar edilib

09:54 02.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubadlı rayonunda sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. 7 əl qumbarası, 4 mərmi, 5000-ə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

 

Araşdırma aparılır.