Qubadlıda silah-sursat aşkar edildi

10:23 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.