Qüdrət Qurbanov yenidən federasiya prezidenti oldu

13:38 26.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olub.

Hafta.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasındakı keçirilib.

Konfransda Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov yenidən qurumun prezidenti seçilib. Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir.