Qüdsün girişində partlayış olub. Qurbanların olduğu qeyd edilir. Bu barədə TASS Kan radiostansiyasına istinadən xəbər verir.
Partlayış Qüdsün mərkəzi avtovağzalının yaxınlığında baş verib. Yerli media çoxlu sayda qurbanların olduğunu bildirir. Həkimlərin sözlərinə görə, partlayış nəticəsində yeddi-on nəfər yaralanıb, onların müxtəlif dərəcəli bədən xəsarətləri var. Təcili yardım alırlar. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.
İsrail portalının məlumatına görə, ehtimal ki, partlayıcı qurğu işə düşüb. Lakin hazırda partlayışın səbəbləri araşdırılır.
Bundan əvvəl naməlum şəxslər Ağlama Divarı yaxınlığında atəş açıb, 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır, digər zərərçəkənlər isə yüngül və orta dərəcəli bədən xəsarətləri alıblar. Atışma Qərb Divarı yaxınlığındakı yolda avtobusda həyata keçirilib.