Qurban Qurbanov dünya üzrə baş məşqçilərin siyahısında irəliləyib

15:51 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən yaxşı baş məşqçilərinin may ayı üçün ilk reytinq cədvəli açıqlanıb.

Hafta.az-ın məlumatına görə, siyahıda aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis yer alıb.

Bu cədvəldə Azərbaycanı yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təmsil edir. 50 yaşlı mütəxəssisin aktivində 1594 xal var.

Ötən cədvəllə müqayisədə hesabını 5 xal zənginləşdirən Qurbanov siyahıda 4 pillə irəliləyib. O, hazırda planetin 223-cü məşqçisidir.